"Azərbaycan demokratik dünyanın bir hissəsinə çevrilmək üçün fədakarlıq etməlidir" - XAQANİ CƏFƏRLİ

2022-08-31 14:18:00

"Azərbaycan cəmiyyətinin və erməni toplumunun demokraikləşməni əsas hədəfə çevirmədiyini hər kəs çox aydın görür"

"Almaniya kansleri Olaf Şolts Avropanın hava hücumundan vahid müdafiə sisteminin yaradılması və Avropa Birliyinin genişlənməsi təşəbbüsü ilə çıxış edib. Şolts bildirib ki, Balkan ölkələri (Şimali Makedoniya, Albaniya, Serbiya və Monteneqro), Ukrayna, Moldova və gələcəkdə Gürcüstan Avropa Birliyinin bir hissəsi olmalıdır". Hurriyyet.az-ın məlumatına görə, bunu politoloq Xaqani Cəfərli deyib.

Politoloqun sözlərinə görə, Şolt hesab edir ki, bundan sonra isə Avropa ilə avtoritarizm arasında ayırıcı xətt çəkilməlidir: "Əgər belə olarsa, Azərbaycan Ermənistanla avtoritarizm məkanında qalacaq. Azərbaycan cəmiyyətinin və erməni toplumunun demokraikləşməni əsas hədəfə çevirmədiyini hər kəs çox aydın görür. Şoltsun Azərbaycan və Ermənistanı Avropanın bir hissəsi kimi görməməsi də buradan qaynaqlanır. Azərbaycan demokratik dünyanın bir hissəsinə çevrilmək üçün fədakarlıq etməlidir. Cəmiyyətin inkişaf etməsi də bu fədakarlığa bağlıdır. Bu fədakarlıq o qədər ciddi məsələləri əhatə edir ki, hakimiyyətə qarşı çıxış onun ən kiçik hissəsidir".

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.000103