"Azərbaycan Dəmir Yolları" Türkiyə şirkətini məhkəməyə verdi
2022-04-25 13:08:00

"Azərbaycan Dəmir Yolları" QSC-nin “Kolin İnşaat Turizm Sənaye və Ticarət Anonim Şirkəti”nin Azərbaycan nümayəndəliyini məhkəməyə verib.
Hurriyyet.az xəbər verir ki, pravda.az-ın əldə etdiyi məlumata görə, bu barədə şirkət Bakı Kommersiya Məhkəməsinə müraciət edib.
İddia hakim Ülkər Həsənovanın icraatına verilib.
Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.
Qeyd: Türkiyənin “Kolin İnşaat Turizm Sənaye və Ticarət Anonim Şirkəti” Azərbaycanın işğaldan azad edilmiş ərazilərindəki avtomobil yolunun tikintisi işlərini həyata keçirən subpodratçı şirkətdir.
Bundan başqa, şirkət Sumqayıt-Yalama dəmir yolunun yenidən qurulmasının layihələndirmə və tikinti-quraşdırma işlərini həyata keçirir.
Ada Studiya
Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya