Saat:23:25
Haqqımızda

"Azərbaycan Dəmir Yolları" QSC-nin Gəncə təmir deposunun çilingərləri tətil edirlər – ONLAR 6 GÜNLÜK İŞ REJİMİNƏ KEÇİLMƏSİNƏ ETİRAZ EDİRLƏR / VİDEO

2023-06-01 16:05:00

"Azərbaycan Dəmir Yolları" QSC-nin Gəncə təmir deposunda çalışan çilingərlər bir neçə gündür ki, işi dayandırıblar.

Bu haqda Hurriyyet.az-a danışan şikayətçilər bildirir ki, indiyədək bununla bağlı rəhbərlikdən hər hansı reaksiya yoxdur.

“İşin dayandırılmasına səbəb təmir deposunun dəmiryolçuları Əliyar Muradovun göstərişi ilə 5 günlük iş rejimindən 6 günlük iş rejiminə keçməsi ilə bağlıdır. ADY QSC-dən gələn cavab isə, “əgər razılaşmasanız, deponuzu bağlayacağıq” hədəsi oldu. Bu gün ADY QSC-nin sədri Gəncəyə gəlsə də, depoda tətil edən dəmiryolçuların yanına hələlik gəlib onların problemləri ilə tanış olmayıb”, - deyə etiraz edən işçilər bildirib.

Hurriyyet.az

 

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR