"Azərbaycan Dəmir Yolları" Batumi ilə Avropanı birləşdirəcək "Transxəzər dəniz marşrutu" layihəsinə start verdi

2022-06-22 14:25:00

"Azərbaycan Dəmir Yolları" Batumi ilə Avropanı birləşdirəcək yeni xidmətə başlayır. Söhbət Gürcüstanla Rumıniyanın Batumi və Konstansa limanları arasında işə salınan xidmətdən gedir.

Belə ki, Batumi və Konstansa limanları arasında təchizatçı gəmi işləyəcək və ayda 6 dəfə konteynerləri irəli-geri daşıyacaq.
Konteynerləri gəmiyə Azərbaycan Dəmir Yollarının törəmə şirkəti olan "ADY Konteyner" çatdıracaq. Yeni xidmət "Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu" vasitəsilə Çinlə Avropanı birləşdirəcək.
"Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu" Çinlə Qazaxıstan sərhədindən Qazaxıstan, Xəzər dənizi, Azərbaycan və Gürcüstan vasitəsilə Avropaya uzanır.

Ülviyyə, Hurriyyet.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya