Azərbaycan daha bir protokola qoşuldu
2023-11-11 17:56:47

Azərbaycan Respublikası "Hava gəmilərində törədilmiş cinayətlər və bəzi digər aktlar haqqında” Konvensiyada dəyişiklik edilməsinə dair 2014-cü il aprelin 4-də Monreal şəhərində imzalanmış Protokola qoşulub.
Hurriyyet.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı qanunu imzalayıb.
Azərbaycanın sənədə qoşulmasında məqsəd hava gəmilərində nizam-intizamın təmin edilməsi, cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi və yurisdiksiyanın tənzimlənməsidir.
