Azərbaycan daha 17 hərbçini geri qaytarır - KİV
2022-10-04 17:57:00
Azərbaycan daha 17 erməni hərbçini geri qaytaracaq.
Hurriyyet.az xəbər verir ki, bu barədə "Kanal Oqney" "Telegram" kanalı məlumat yayıb.
Bildirilib ki, Azərbaycan növbəti dəfə humanizm prinsiplərini rəhbər tutaraq 13-14 sentyabr tarixlərində Ermənistanın son təxribatı zamanı saxlanılan 17 Ermənistan hərbçisini geri qaytarır.
Təhvil veriləcək ermənilərdən 4 nəfəri yaralıdır. Onlara lazımi tibbi yardım göstərilib.
Yaxın vaxtlarda hərbçilərin Ermənistan tərəfinə təhvil veriləcəyi gözlənilir.