Azərbaycan cüdoçusu Avropa çempionu olub - YENİLƏNİB

2022-06-23 19:12:00

Azərbaycan cüdoçusu Avropa çempionu olub - YENİLƏNİB

Azərbaycan cüdoçusu Şahin Orucov Xorvatiyanın Poreç şəhərində yeniyetmələr arasında keçirilən Avropa çempionatında qızıl medal qazanıb.

55 kq çəki dərəcəsində yer alan Orucov finalda serbiyalı Matiya Yeremiçə vaxtından əvvəl ipponla qalib gəlib. 

Daha əvvəl Məhəmməd Məmişov 50 kq çəkidə ermənistanlı Qor Safaryanı yenərək, bürünc medala yiyələnib. 

Qeyd edək ki, bu gün Azərbaycanın daha 2 cüdoçusu final qarşılaşmasına çıxacaq. Qızlar arasında 48 kq çəkidə Aydan Vəliyeva isveçli Tara Babulfatla, oğlanlardan 60 kq-da Nizami İmranov macarıstanlı Adam Mayorla qarşılaşacaq. \\Report


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya