Saat:00:10
Haqqımızda

Azərbaycan Cüdo Federasiyasının rəhbərliyi gənc idmançını ölkəni tərk etməyə məcbur edir - İDDİA - VİDEO

2025-12-01 22:21:22

Azərbaycan Cüdo Federasiyasının rəhbərliyi gənc idmançını ölkəni tərk etməyə məcbur edir - İDDİA - VİDEO

Azərbaycan Cüdo Federasiyasının rəhbərliyi idmançını ölkəni tərk edib başqa dövləti təmsil etməyə məcbur edir.

Hurriyyet.Az bildirir ki, bunu BİG.Az-a danışan Cüdo Federasiyasının köhnə üzvü Tuncay Şamil bildirib.

Tuncay Şamil qeyd edib ki, Cüdo Federasiyasının rəhbərliyi ona açıq şəkildə qərəzli münasibət göstərir.

"Sizin sayta müraciət edəndən sonra onlar mənimlə bağlı məhkəməyə müraciət etdilər. Məhkəmə belə onların iddiasını əsassız hesab etdilər. Çünki onlar mənə qarşı iddiaları ilə bağlı bir sübut bele təqdim edə bilmədiler. Artıq Azərbaycan Cüdo Federasiyasının rəhbərliyi məni ölkəni tərk etməyə və beynəlxalq yarışlarda başqa dövləti təmsil etməyə məcbur edirlər. Mən sizin vasitənizlə idmançıların dostu, Ali Baş Komandan, cənab prezident İlham Əliyevə müraciət edir, mənim işimin düzgün aparılması və ədalətli qərarın verilməsi üçün Azərbaycan Gənclər və İdman Nazirliyinə tapşırıq verməsini xahiş edirəm".

Qeyd edək ki, bir neçə ay bundan öncə Tuncay Şamilin Cüdo üzrə gənc oğlanlardan ibarət milli komandanın Avropa Kubokunda iştirak üçün Şimali Makedoniyaya səfəri ərəfəsində komanda üzvü Aslan Kotsoyev arasında baş vermiş insidentə görə uzaqlaşdırıldığını bildirmişdi.

Tuncay Şamilin Azərbaycan Cüdo Federasiyasının rəhbərliyi tərəfindən ona qarşı göstərilən qərəzli münasibətlə bağlı BİG.Az-a verdiyi video müsahibəni təqdim edirik: