Saat:07:14
Haqqımızda

Azərbaycan benzini Rusiyadan 1 manata alır, Türkiyəyə 71 qəpiyə satır

2025-05-21 15:53:13

Azərbaycan benzini Rusiyadan 1 manata alır, Türkiyəyə 71 qəpiyə satır

Bu ilin ilk 3 ayı ərzində Azərbaycana xarici ölkələrdən 53 min 265,1 ton “Aİ-92” markalı (“Regular”) benzin idxal edilib.

Hurriyyet.az xəbər verir ki, Azərbaycanın xaricdən idxal etdiyi “Aİ-92” markalı benzinin 1 litrinin orta gömrük dəyəri 1 manat 3 qəpik olub.

Məlumat üçün bildirək ki, Azərbaycana “Aİ-92” markalı benzin aşağıdakı ölkələrdən gətirilib:

Rusiyadan – 39 min 916,5 ton (1 litri – 1 manat);
Belarusdan – 9 min 678,6 ton (1 litri – 1,13 manat);
Rumıniyadan – 3 min 670 ton (1 litri – 1,05 manat).

Qeyd edək ki, bu ilin ilk 3 ayında Azərbaycan Gürcüstana 613,8 ton, Türkiyəyə isə 996 ton “Aİ-92” markalı benzin ixrac edib. Gürcüstana ixrac olunan benzinin 1 litrinin orta gömrük dəyəri 95 qəpik, Türkiyəyə ixrac olunan benzinin 1 litrinin orta gömrük dəyəri isə 71 qəpik olub.

Xatırladaq ki, ötən ilin 1 iyul tarixindən etibarən Azərbaycanda “Aİ-92” markalı benzinin qiyməti 1 manatdan 1,10 manata qaldırılıb.

yeniavaz.com

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.141448