“Azərbaycan bayrağı Qafanda dalğalanır” — VİDEO
2023-04-06 09:10:00

“Azərbaycan bayrağı Qafanda dalğalanır”.
Hurriyyett.az "konkret.az" saytına istinadən xəbər verir ki, bunu 44 günlük müharibə iştirakçısı və aktyor Tiqran Nalçacyan Facebook səhifəsində yazıb.
O, Qafandan video təqdim edib və Azərbaycan bayrağının Qafanın bir neçə inzibati rayonunda dalğalandığını bildirib.
"Mən indi bir hadisənin şahidi oldum. Hakim partiyadan olan adını bilmədiyim bir deputat yüksək səslə Edqar Qazaryana deyirdi ki, guya o, yalan danışır, Qafanda düşmən bayrağı yoxdur.
Şəxsən mən Qafan şəhərinin kənarında öz gözlərimlə görmüşəm. Çarbaxda, Avanda, Qafan inzibati rayonunda Azərbaycan bayrağının necə dalğalandığını lentə almışYalan danışan insanlarla nə danışasan?", - deyə Nalçacyan qeyd edib.
Ada Studiya
Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya