Saat:05:28
Haqqımızda

Azərbaycan banklarında nə baş verir? – 141 milyon əmanət geri çəkildi

2023-11-29 14:42:04

Azərbaycan banklarında nə baş verir? – 141 milyon əmanət geri çəkildi

Banklar noyabr ayına da əmanət portfellərində azalma ilə daxil olublar. Son 1 ayda banklarda əmanətlərin həcmi 12 milyard 705 milyon manatdan 12 milyard 564 milyon manatadək azalıb. Bu o deməkdir ki, yalnız 1 ayda bank əmanətlərində 141 milyon manat azalmaq qeydə alınıb.

İqtisadçı, deputat Vüqar Bayramov bildirir ki, əmanətlərin həcminin azalmasına “Muğan Bank”ın müflis olması təsir göstərib. Bununla belə fevraldan etibarən depozit məbləğlərində dövrü aylıq enişlər müşahidə edilməsi də nəzərə alınmalıdır.

Onun sözlərinə görə, banklardakı depozit gəlirlərinin fevral ayından etibarən vergiyə cəlb edilməsi də əmanətlərin həcminə təsir göstərdi.

“Doğrudur, xərcləmələr və eləcə də real sektora sərmayələr və mövsümi faktorlar da öz təsirlərini saxlamaqdadır, - o qeyd edib.

İqtisadçı hesab edir ki, əmanətlərin daha çox cəlbi real sektorun maliyyələşdirilməsi və kredit faizlərinin aşağı salınması baxımdan da əhəmiyyətlidir.

“Bu baxımdan, əmanət porfelinin dayanıqlı artımına nail olmaq çox vacibdir", - deputat əlavə edib.

V.Bayramovun sözlərinə görə, gələn ildən etibarən yenidən əmanət gəlirlərinə vergi güzəştlərin tətbiq olunmasının yeni dəyişikliklərdə nəzərə alınması azalmaların səngiməsi baxımdan vacib idi: “Son dinamika bir daha təsdiq edir ki, vətəndaşların passiv vəsaitlərinin banklar vasitəsi ilə real sektora yönəldilməsi üçün sistemli tədbirlərin gücləndirilməsinə ehtiyac var. Bu həmçinin evlərdə saxlanan pulların depozitə çevrilərək vətəndaşlarımızın gəlir əldə etməsinə də imkan yaradar”.

yenisabah.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR