Saat:20:00
Haqqımızda

“Azərbaycan AXC varisi kimi sonradan Ermənistana verilmiş əraziləri tələb edərsə...”

2024-04-29 15:25:03

“Azərbaycan AXC varisi kimi sonradan Ermənistana verilmiş əraziləri tələb edərsə...”

“Paşinyan və onu dəstəkləyənlər Ermənistandakı hazırkı gərginliyin pik həddə çatacağını heç düşünmürlər. Uzaq başı, ölkədə erkən seçkilər elan oluna bilər və bu, Azərbaycanla və Türkiyə ilə münasibətlərdə və bölgə siyasətində  heç bir ciddi dəyişikliyə səbəb olmayacaq...”

“Qazaxın 4 kəndinin geri qaytarılmasını anti-Paşinyan qüvvələr fürsət bilib ona qarşı bütün vasitələrdən istifadə edirlər. Amma mənə elə gəlir ki, bu  mitinq və piketlər, yol kəsmələr yetərli deyil və ortada bir gerçək var ki, Paşinyan bu addımı atmalı idi. Yalnız ona görə yox ki, bu kəndlərin sahibi onu geri verməyi tələb edirdi, həm də ona görə ki, Ermənistan bu 10-12 kilometrlik sərhəd xəttini cızmaqla  1991-ci  il Alma-Atı bəyannaməsinin əsas götürülməsinə naiıl olurdu. Paşinyan tərəfdarları bunu qələbə sayırlar. Ona görə ki, xəritələrin ortada olmadığı bir prosesin aparılması prinsipləri ən azından müəyyənləşib və dolayısı ilə Azərbaycan buna razılıq verib”.

Hurriyyet.az xəbər verir ki, bu fikirləri moderator.az-a açıqlamasında ermənişünas alim Qafar Çaxmaqlı səsləndirib.

“Ermənistan Azərbaycanla 29, 743 min kvadratkilometrlik ərazi ilə sülh sazişinə nail olmaq istəyir. Halbuki 1918-ci ildə Ermənistanın ortaya çıxış tarixini incələsək, bu ərazi 9 min kvadratkilometrdən çox deyil  Azərbaycan Xalq Cumhuriyyətinin varisi olan Azərbaycan Respublikası sonradan Ermənistana verilmiş ərazilərini tələb edərsə, bu sülhün bağlanması mümkün olmaz”, -deyə davamında  şərhçi bildirib. 

“Paşinyanın bir başqası ilə əvəz olunması məsələsinə gəlincə, mənə elə gəlir ki, Rusiya buna çalışmır. Çünki Paşinyan hələki Rusiyaya sərf edən fiqurdur. Tam Rusiyapərəst birisini hakimiyyətə gətirmək siyasi balansı pozardı. Son vaxtlar baş nazir müavini Mher Qriqoryanın adı hallandırılırdı. Bu adamın yolu da bağlandı- Rusiya özü “BTB” bankda onun hissələrinin olduğunu və dolayısı ilə Rusiyaya çalışdığını sızdırdı. “5-ci kolon”u da idarə etmək üçün Paşinyan faktoru əlverişlidir Rusiya üçün,  Qərb də Paşinyanla işləməyə üstünlük verir. Çünki ona bir çox şeyləri qəbul etdirmək mümkündür. Qərbin məqsədi Rusiyanın bölgədə təsir gücünün azalması və yaxud Rusiyanın bölgədən çıxarılmasıdır. Başqa birisinin əli ilə  bunu etmək  çətin olardı... 

Paşinyan və onu dəstəkləyənlər hazırkı gərginliyin pik həddə çatacağını heç düşünmürlər. Uzaq başı, ölkədə erkən seçkilər elan oluna bilər və bu, Azərbaycanla və Türkiyə ilə münasibətlərdə və bölgə siyasətində  heç bir ciddi dəyişikliyə səbəb olmayacaq”, -deyə ermənişünas alim vurğulayıb.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.178989