Azərbaycan “Avro-5” standartlı benzin istehsal edəcək

2022-04-16 15:10:00

Azərbaycan “Avro-5” standartlı benzin istehsal edəcək

“Gələn ildən Azərbaycanda “Avro-5” standartlarına cavab verən benzin istehsal ediləcək”.

Hurriyyet.az-ın Xəzərxəbər-ə istinadən məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Neft Emalı zavodunun “Modernizasiya və yenidənqurma” layihəsinin rəhbəri Emil Alxaslı deyib.

O xatırladıb ki, hazırda zavodda “Aİ 92” markalı benzinin istehsalı dayanıb: “Buna baxmayaraq, daxili bazarda bu növ yanacaqla bağlı qıtlıq olmayacaq. İlk öncə “Avro-5” dizel istehsalı alınması üçün lazım olan qurğuların istismara verilməsi nəzərdə tutulur. Plana əsasən, 2022-ci ilin ortalarında “Avro-5” dizel istehsal edə biləcəyik. Daha sonra mütəmadi olaraq benzinin keyfiyyəti artırılaraq 2023-cü ilin ortalarında “Avro-5” standartlarına uyğun benzin istehsalı təmin olunacaq. Dizel-kerosin yanacaq təminatı daxili istehsal, benzin ehtiyatının bir qismi isə idxal hesabına təmin olunacaq”.

Layihə rəhbəri zavod tam istismara verildikdən sonra daxili bazarın “Avro-5” standartlarına uyğun dizel və benzinlə tam təmin ediləcəyini qeyd edib.

 


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya