“Azər Niftəliyevə məxsus mağazanın yandırılması ilə cinayət işi açılıb…” – RƏSMİ AÇIQLAMA

2023-01-25 23:18:00

“Azər Niftəliyevə məxsus mağazanın yandırılması ilə cinayət işi açılıb…” – RƏSMİ AÇIQLAMA

Hurriyyet.az saytında dərc olunan "MAĞAZASINDAN DƏFƏLƏRLƏ OĞURLUQ OLDU, DAHA SONRA QƏSDƏN YANDIRILDI… - Kürdəmir sakini deyir ki, polis cinayət hadisələrini ört-basdır edir…" sərlövhəli yazıya Daxili İşlər Nazirliyi (DİN) tərəfindən reaksiya verilib.

Belə ki, DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupunun baş inspektoru, polis kapitanı Nizam Həmidov Hurriyyet.az saytına açıqlamasında qeyd olunan iddialarla bağlı araşdırma aparıldığını bildirib:

“Kürdəmir rayonunun Qaramahmudlu kənd sakini Azər Niftəliyevə məxsus kənd ərazisində yerləşən mağazadan törədilən oğurluq və yanğın hadisələri ilə bağlı Kürdəmir Rayon Polis Şöbəsinində cinayət işi açılıb, müvafiq araşdırmalar aparılıb.

Lakin hadisələrin baş verdiyi vaxt cinayət əməlini törədən şəxs və ya şəxslərin isti izlərlə müəyyən edilərək saxlanılması mümkün olmayıb.

Faktla bağlı istintaq-əməliyyat tədbirləri davam etdirilir, hadisəni törədən şəxs və ya şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb olunması istiqamətində tədbirlər görülür”.

Hurriyyet.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.152666