Azər Kərimov SAXLANILDI – RƏSMİ

2022-09-10 20:15:00

Azər Kərimov SAXLANILDI – RƏSMİ

Paytaxtın marşrut avtobuslarnda cibgirlik edən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən  Hurriyyet.az-a verilən xəbərə görə, Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi və Suraxanı Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində saxlanılan Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Azər Kərimovdan heroin aşkar olunub.

Ətrafında aparılan əməliyyat tədbirləri ilə onun Qaraçuxur qəsəbəsi ərazisində xətt avtobusunda Bakı şəhər sakini olan bir qadının çantasından 224 manat pul, Yeni Günəşli qəsəbəsindəki evlərin birindən içərisində 600 manat, sənəd və bank kartı olan pulqabı, Zığ qəsəbəsindəki evlərin birindən isə mobil telefon oğurlaması müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.054821