AZAL və THY Ermənistan səmasından imtina etdi

2022-09-13 23:18:00

AZAL və THY Ermənistan səmasından imtina etdi

AZAL-ın Bakıdan Naxçıvana uçan təyyarələri bu gün Ermənistan səmasından istifadə etməyiblər.

Bu barədə erməni mediası rəsmilərə istinadla məlumat yayıb.

Bildirilib ki, 12 sentyabrdan fərqli olaraq, 13 sentyabrda Bakıdan Naxçıvana uçan mülki təyyarələr İran hava məkanından istifadə ediblər.

Həmçinin Türk Hava Yolları da bu gün Ermənistan hava məkanından imtina edib. Belə ki, THY-nın Naxçıvan-Gəncə-İstanbul reysi İran və Gürcüstan hava məkanlarından istifadə etməklə baş tutub.\\Axar


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.060925