AZAL və “Buta”nın saytlarından niyə bilet almaq olmur? - AÇIQLAMA

2022-05-31 12:58:00

AZAL və “Buta”nın saytlarından niyə bilet almaq olmur? - AÇIQLAMA

Son günlər “Azərbaycan Hava Yolları” (AZAL) və “Buta Airways” aviaşirkətlərinin rəsmi saytlarından bilet almaq mümkün deyil. Bu barədə sosial şəbəkə istifadəçiləri də paylaşımlar edərək öz narazılıqlarını bildirirlər.

Hurriyyet.az xəbər verir ki, məsələ ilə bağlı AZAL-a sorğu ünvanladıq. Aviadaşıyıcıdan “Qafqazinfo”ya bildirildi ki, aviabiletlərin bronlaşdırılması və alınması ilə bağlı yaranmış problemlərlə əlaqədar olaraq “Azərbaycan Hava Yolları” və “Buta Airways” aviaşirkətlərinin rəsmi saytlarında texniki işlər aparılır:

“Hazırda saytlarda bilet almaq və aviaşirkətlərin reyslərinə qeydiyyat aparmaq funksiyaları müvəqqəti olaraq işləmir.

Tezliklə biletlərin bronlaşdırılması və alınması prosesi ştat rejimində bərpa olunacaq”.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya