AZAL təyyarəsinin qəzaya uğradığı yerdə abidə ucaldıldı - Video
2025-05-24 10:15:41

Aktau yaxınlığında AZAL təyyarəsinin qəzaya uğradığı yerdə abidə ucaldılıb.
Hurriyyet.az xəbər verir ki, abidə yerli sakinlərin təşəbbüsüdür.
Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsindəki 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb. Təyyarə Rusiyanın Qroznı üzərindəki hava məkanında baş verən fiziki və texniki xarici müdaxilə nəticəsində qəzaya uğrayıb.
Axar.az
