AZAL təyyarəsini Rusiya raketi vurub

Hurriyyet.az xəbər verir ki, Azərbaycan hökumətindəki mənbələrin "Euronews" nəşrinə verdiyi məlumata görə, "Azerbaijan Airlines" şirkətinin təyyarəsinin Aktauda qəzaya uğramasının səbəbi Rusiyanın zenit raketi ilə vurulması olub.
Xəbərdə bildirilir ki, Bakı-Qroznı marşrutu üzrə hərəkət edən AZAL təyyarəsi Qroznı şəhərinə yaxınlaşarkən Rusiyanın “Pantsir-S” HHM sistemi tərəfindən hücuma məruz qalıb.
Qroznı hava limanında, Mahaçqala və Mineralnıye Vodı hava limanlarında təyyarəyə eniş icazəsi verilməyib. Hava hücumundan müdafiə atəşinə və elektron döyüş sistemlərinin təsirinə məruz qalan təyyarənin istiqamətini itirmiş heyəti Qazaxıstanın Aktau şəhərinə yönləndirilib.
Mediada tirajlanan iddialara görə, Rusiya tərəfi təyyarənin dəniz sularında batmasını, nəticədə şahidlərin və dəlillərin yoxsa çıxmasını istədiyi üçün belə qərar verilib.
Hürr Tərcüman
