Saat:03:36
Haqqımızda

AZAL-ın keçmiş prezidenti bu bankın əsas səhmdarı oldu

2025-05-16 23:26:10

AZAL-ın keçmiş prezidenti bu bankın əsas səhmdarı oldu

"Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) keçmiş prezidenti Cahangir Əsgərov "Premium Bank" ASC-nin əsas səhmdarı olub.

Səhmlər onun nəzarətinə həyat yoldaşı Zərifə Həmzəyeva bu il yanvarın 17-də vəfat etdikdən sonra keçib.

O, dünyasını dəyişənə qədər Bankın nizamnamə kapitalında 84,5 % paya malik olub. Səhmlərin 15,2 %-nə "VIP Aviation Services" MMC, 0,3 %-nə isə Elvira Əhmədova nəzarət edib.

Xatırladaq ki, “Premium Bank” 1993-cü ildə “AZAL Bank” adı ilə yaradılıb, 2008-ci ildə adını “Silk Vey Bank”a dəyişib, 2018-ci ildə isə yenidən rebrendinq edib. 2024-cü ilin yekununda onun nizamnamə kapitalı 154,6 milyon manat təşkil edib. Bu ilin aprel ayında isə Bank nizamnamə kapitalını 20 milyon manat və yaxud yaxud 12,9 % artıraraq 174,6 milyon manata çatdırıb. Kapital artımından sonra kredit təşkilatının səhmdarlarının yeni pay bölgüsü açıqlanmayıb. \\Bakupost.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.170863