AZAL-ın istədiyi qiyməti qoyur, xalqı narazı salır - Quru sərhəd problemi yenə aktuallaşdı

2022-06-10 13:03:00

AZAL-ın istədiyi qiyməti qoyur, xalqı narazı salır - Quru sərhəd problemi yenə aktuallaşdı

“Naxçıvana biletlərin qiymətini 10 manat qaldırmaq imkansız əhali üçün böyük zərbədir”.

Hurriyyet.az xəbər verir ki, bu sözləri Bakupost.az -a millət vəkili Fazil Mustafa deyib.

O, quru sərhədlərin açılması ilə bağlı problemlərin həll olunmasının vacibliyini bildirib:

“Quru sərhədlərin açılması ilə bağlı məsələ həqiqətən ictimaiyyəti ciddi narahat edir. Təbii ki, burada pandemiyanın yaratdığı təhlükələrlə bağlı müəyyən problemlər var, amma bu problemlər yekunlaşmalıdır. Hesab edirəm ki, bu məsələ ətrafında ciddi müzakirə aparmaq lazımdır. Quru sərhədlərin açılması insanlarımızın vəziyyətinin xeyli yüngülləşməsinə gətirib çıxara bilər. İnsanlar sərhədlərin bağlı olması nəticəsində daha çox təyyarə vasitəsilə bir məntəqədən digərinə gedirlər ki, bu da çox bahalı olur”.

Millət vəkilinin sözlərinə görə AZAL-ın istədiyi şəkildə qiymət təqdim etməsi xalqın narazılığına səbəb olur:

“Quru sərhədlərin bağlı olması, AZAL-ın istədiyi şəkildə qiymət təqdim etməsi xalqın çox ciddi narazılığına səbəb olur. Ona görə də vətəndaşlara alternativlər vermək lazımdır. Gürcüstandan olan minlərlə insan doğma torpaqlarına gedib-gələ bilmir. Eyni zamanda, Rusiyadan olan vətəndaşlarımız da çətinlik içərisindədir. Bu səbəbdən quru sərhədləri çox bağlı saxlamaq olmaz. İlk növbədə, vətəndaş məmnunluğunu düşünmək lazımdır.

Müstəqil qaydada qiymət qaldırılırsa, əvvəlcədən bunu müzakirə etmək lazımdır ki, vətəndaş bu yükü çəkə bilir, yoxsa yox. Naxçıvan biletlərini 10 manat qaldırmaq imkansız əhali üçün böyük zərbədir. Qarabağı işğaldan azad etdikdə sonra vətəndaşların vəziyyətini yüngülləşdirmək əvəzinə, daha da ağırlaşdırma yolu seçilir. Bu da arzuolunan nəticə deyil. Buna görə də quru sərhədlərin açılması məsələsinə təcili baxılmalıdır. Bu istiqamətdə inandırıcı qərar qəbul olunmalıdır. Sərhədlər açılmayacaqsa da, vətəndaşlara bunun səbəbləri ilə bağlı geniş izahat verilməlidir”.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya