AZAL-ın çökən xidmət şəbəkəsi: Qurum milyonları hara xərcləyir? - AÇIQLAMA

2022-05-31 15:14:00

AZAL-ın çökən xidmət şəbəkəsi: Qurum milyonları hara xərcləyir? - AÇIQLAMA

“Azərbaycan Hava Yolları”nın (AZAL) saytında (azal.az) yenə problem yaşanıb.

Hurriyyet.az xəbər verir ki, aviabiletlərin bronlaşdırılması və alınması əməliyyatları həyata keçirilə bilmir.

Qurumdan məsələ ilə bağlı Yenicag.az-a bildirilib ki, aviabiletlərin bronlaşdırılması və alınması ilə bağlı yaranmış problemlərlə əlaqədar olaraq “Azərbaycan Hava Yolları” və “Buta Airways” aviaşirkətlərinin rəsmi saytlarında texniki işlər aparılır və tezliklə biletlərin bronlaşdırılması, alınması prosesi ştat rejimində bərpa olunacaq.

Qeyd edək ki, sözügedən problem cari ilin may ayının 5-də də yaranmışdı.

Maraqlıdır ki, AZAL-da qiymətlər baha olsa da, vətəndaşlara doğru-dürüst xidmət göstərilmir və şirkətin ziyanla işlədiyi açıqlanır. Belə ki, cari ayda avaiaşirkətin 2020-ci ili 76,4 milyon manat zərərlə başa vurduğu açıqlanmış, bu da ictimaiyyət arasında etirazla qarşılanmışdı.

Xatırlatmaqda fayda fayda var ki, ölkə başçısı İlham Əliyev də AZAL-la bağlı narazılığını dilə gətirmiş, “AZAL-ın bütün təyyarələri dövlət tərəfindən alınıbdır. Bütün aeroportlar dövlət tərəfindən tikilibdir. Bəs, bunun dövlətə verdiyi mənfəət, gəlir nədir? Bu təyyarələr alınır, onlar istismar edilir. Bəs, bunun gəliri haradadır? Bu, nə vaxt ödəniləcək, götürdüyü kreditləri gərək dövlət zəmanəti hesabına sonra biz ödəyək?” – deyə qeyd etmişdi.

yenicag.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya