Saat:18:52
Haqqımızda

AZAL faciəsindən sonra Kadırov qardaşı oğlunu "PUA ilə mübarizəyə görə" mükafatlandırıb

2024-12-27 14:37:14

AZAL faciəsindən sonra Kadırov qardaşı oğlunu

Hurriyyet.az xəbər verir ki, Kadırov AZAL təyyarəsinin Çeçenistanın paytaxtı Qroznı şəhərinin səmasında vurulub zədələnətək Qazaxıstanın Aktau şəhərində qəzaya uğramasından sonra belə bir addım atıb.
Çeçenistan lideri Ramzan Kadırovun qardaşı oğlu, Çeçenistan Təlükəsizlik Şurasının katibi Xamzat Kadırov təyyarənin vurulduğu gün Çeçenistanın səmasındakı bütün hədəflərin məhv edildi barəsində hesabat verib. Bundan sonra əmisi Ramzan Kadırov ona "Çeçenistan Respublikası qarşısındakı xidmətlərinə görə" medalını verib.
Qeyd edək ki, Azərbaycanın Bakı-Qroznı marşrutu ilə uçan sərnişin təyyarəsinin Qroznı hava limanına enməsinə icazə verilməyib.
"Caliber.az" saytının hadisə ilə bağlı məlumatında deyilir: "Çeçenistan Respublikasının Təhlükəsizlik Şurasının rəhbəri Hamzat Kadırov dekabrın 25-i səhər Qroznıda pilotsuz təyyarə hücumu faktını təsdiqləyərək, itki və dağıntıların olmadığını qeyd edib. Bu halda Rusiya tərəfi öz hava məkanını mülki təyyarələr üçün bağlamalı idi, lakin bu, baş vermədi. Çeçenistan üzərində niyə uçuşa qadağa zonasının elan edilmədiyi böyük sualdır. Qroznı hava limanı təyyarənin enişinə icazə verməyib. Üstəlik, bizim idarə heyətinə də Mahaçqala və Mineralnıye Vodı hava limanlarına eniş icazəsi verilməyib. Hava hücumundan müdafiə sistemlərinin atəşinə və radioelektron mübarizə sistemlərinin təsirinə məruz qalan təyyarənin yönünü itirmiş ekipajı Qazaxıstanın Aktau şəhərinə yönləndirilib. Bu tövsiyənin bir məqsədlə verildiyini güman etmək olar: təyyarə Xəzər dənizinə düşərək bütün şahidlər öləcək, təyyarə isə batacaq. Bununla belə, qeyd edirik ki, bu bizim fərziyyəmizdir".
Hürr Tərcüman

 

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.164436