AZAL-dan təxirə salınmış Bakı-Naxçıvan-Bakı reysləri ilə bağlı AÇIQLAMA

2022-12-19 15:26:00

AZAL-dan təxirə salınmış Bakı-Naxçıvan-Bakı reysləri ilə bağlı AÇIQLAMA

"Azərbaycan Hava Yolları" (AZAL) aviaşirkəti təxirə salınmış Bakı-Naxçıvan-Bakı marşrutu üzrə reyslərin sərnişinlərinin daşınması üçün hazırda bütün lazımi tədbirləri görür. 

Hurriyyet.az xəbər verir ki, bu barədə AZAL məlumat yayıb. 

Belə ki, Bakı-Naxçıvan marşrutu üzrə dekabrın 17-nə planlaşdırılan J2-251 (saat 07:00) və J2-253 (saat 11:50) nömrəli reyslər dekabrın 19-u yerli vaxt ilə saat 16:00-da həyata keçiriləcək. Bununla yanaşı, Naxçıvan-Bakı marşrutu üzrə dekabrın 17-nə planlaşdırılan J2-252 (saat 10:20) və J2-254 (saat 15:10) nömrəli reyslər bu gün yerli vaxt ilə saat 18:20-da həyata keçiriləcək. 

Sözügedən reysin sərnişinləri AZAL-ın ən böyük geniş gövdəli təyyarəsi “Airbus A340” ilə Naxçıvan hava limanına yola düşəcəklər. 

"Təxirə salınmış reyslərin sərnişinləri hava limanının qeydiyyat masasına öncədən yaxınlaşmalıdırlar", - məlumatda deyilir. 

 

AZAL digər təxirə salınmış reyslərin sərnişinlərindən uçuşlar haqqında ən son məlumatları aviaşirkətin rəsmi sosial şəbəkə səhifələrində və kütləvi informasiya vasitələrində izləmələrini xahiş edir. Onların cədvəli tezliklə dərc olunacaq. 

Məlumatda xüsusilə qeyd edilir ki, uçuşların təhlükəsizliyi məqsədilə bütün reyslər yalnız əlverişli hava şəraitində həyata keçiriləcək.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.130405