AZAL-da korrupsiya yoxlamaları başladı

2022-11-15 11:13:00

AZAL-da korrupsiya yoxlamaları başladı

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən xüsusi yoxlama qrupu Azərbaycan Hava Yolları Dövlət Konserndə (AZAL) yoxlamalara başlayıb.

Hurriyyet.az xəbər verir ki, bu barədə Gununsesi.info-ya AZAL-dan bildirilib. Məlumata görə, son bir neçə ili əhatə edən kompleks yoxlamanın 2 ay çəkəcəyi proqnazlaşdırılır.

Ehtimal olunur ki, Cahangir Əsgərovun adına yazılacaq yüz milyonlarla yeyinti ondan geri alındıqdan sonra işindən kənarlaşdırılacaq. Son illər Cahangir Əsgərovun  AZAL-dan əldə etdiyi ailə sərvəti haqqında çoxsaylı araşdırmalar dərc edilib.

Xatırladaq ki, Azərbaycanın Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev AZAL-ın Müşahidə Şurasının rəhbəridir. Bu yaxınlarda AZAL-a yeni birinci vitse-prezident təyinatı da olub.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.151679