“Azadlıq” və Meydan TV-yə qadağa ləğv edildi

2023-05-02 11:41:00

“Azadlıq” və Meydan TV-yə qadağa ləğv edildi

“Azadlıq” qəzeti, “Azadlıq” radiosu və Meydan TV-nin saytlarına qoyulan blok aradan qaldırılıb.

Hurriyyet.az xəbər verir ki, artıq internet resurslarından sözügedən media orqanlarının saytlarına giriş etmək mümkündür.

Qeyd edək ki, Səbail Rayon Məhkəməsi Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin iddiası əsasında 2017-ci il mayında “Azadlıq” qəzeti, “Azadlıq” radiosu və Meydan TV-nin saytlarının bloklanması barədə qərar çıxarmışdı.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 1.235957