Saat:22:33
Haqqımızda

Azad olunan əraziləri minalardan təmizləmək üçün nə qədər vəsait XƏRCLƏNİB? - HESABAT

2022-05-21 21:11:00

Azad olunan əraziləri minalardan təmizləmək üçün nə qədər vəsait XƏRCLƏNİB? - HESABAT

Ötən 2021-ci ildə dövlət büdcəsindən Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərin partlamamış hərbi sursat və minalardan təmizlənməsi işlərinin yerinə yetirilməsi üçün 105,8 milyon manat (işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üzrə xərclərdə 97,6 milyon manat məbləğində vəsait də nəzərə alınmaqla) xərclənib.

Bu barədə məlumat “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsinin icrasına dair illik hesabat”da yer alıb.

Bu, 2020-ci illə müqayisədə 98,2 milyon manat və ya 14,1 dəfə çoxdur.//Oxu.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR