"Az qaldı məni öldürsünlər, oradan zorla qurtuldum" - Vasif Məhərrəmliyə hücum olub / Video

2022-05-03 22:59:00

Əməkdar artist Vasif Məhərrəmli sosial şəbəkədə "Qurd qapısı" restoranından şikayətlənib.

Sənətçi instaqram səhifəsində video paylaşaraq bu gün orada qarşılaşdığı xoşagəlməz hadisə barədə danışıb. O, insanları həmin məkana üz tutmamağa səsləyib:
"Qurd qapısı" restoranı var, buradan üzümü insanlara tutub, demək istəyirəm ki, oranın qapısını açmayın. Çünki orada mütəşəkkil quldur dəstəsi toplumu var. İnsanların cibini soymaqla, baş kəsməklə, qan içməklə məşğuldurlar. Təbii ki, məcazi mənada. Orada qazanılan bütün pullar haramdır. Bu gün həmin restorana verdiyim pulları haram edirəm. Haram xoşunuz olsun. Ofisiantların heç bir günahı yoxdur, amma oradakı müdiriyyət və administrator həm pulumu aldılar, həm də üzərimə şığıdılar. Az qala məni öldürsünlər, oradan zorla qurtuldum. Qazandığınız pullar haram xoşunuz olsun".

Yenilik.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya