Saat:03:57
Haqqımızda

Ayxan Hacızadə: Ermənistan Zəngəzur dəhlizinin açılması ilə bağlı öhdəlik götürüb

2024-09-17 13:08:34

Ayxan Hacızadə: Ermənistan Zəngəzur dəhlizinin açılması ilə bağlı öhdəlik götürüb

Ermənistan Zəngəzur dəhlizinin açılması ilə bağlı öhdəlik götürüb. Bu sözləri Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadə səsləndirib.

“Azərbaycan həmişə regionda kommunikasiyaların açılmasında maraqlı tərəf olub. Üçtərəfli Bəyanat uzun müddətdir ki, bu prosesi irəli aparmaq üçün səylər göstərir. Ermənistan tərəfi bu sənəd çərçivəsində öz üzərinə müəyyən öhdəliklər götürüb. Üçtərəfli bəyanatın 9-cu bəndində Ermənistanın hansı öhdəlikləri olduğu və nəqliyyat kommunikasiyalarına nəzarətin necə təşkil ediləcəyi açıq şəkildə göstərilir. Lakin 4 ilə yaxındır ki, Ermənistan Azərbaycanın qərb rayonlarını Naxçıvan Muxtar Respublikası ilə birləşdirən kommunikasiyaların açılması ilə bağlı üzərinə götürdüyü yazılı öhdəlikləri yerinə yetirmir.

Azərbaycan işğaldan azad edilmiş ərazilərində mühüm infrastruktur və nəqliyyat layihələrini həyata keçirməkdə davam edir. Son 4 ildə İrəvan sadəcə proseslərə mane olmağa çalışıb. Bunu nəzərə alan Azərbaycan kommunikasiyaların açılmasının alternativ yollarını da nəzərdən keçirib. Məsələn, Azərbaycan İran ərazisindən Naxçıvan Muxtar Respublikası ilə birbaşa nəqliyyat əlaqəsini təmin edəcək avtomobil və dəmir yolunun tikintisinə dair saziş imzalayıb. Bütün bu illər ərzində görülən işlər sübut edəcək ki, Azərbaycan Ermənistandan fərqli olaraq regionda nəqliyyat dəhlizlərinin inkişafına mühüm töhfə verir.

Əgər Ermənistan tərəfi həqiqətən də regionda kommunikasiyaların açılmasında maraqlıdırsa, üzərinə düşən öhdəlikləri yerinə yetirməlidir. İrəvan qeyri-konstruktiv mövqeyi ilə özünütəcrid siyasəti apardığını bir daha sübut edir”, deyə Hacızadə bildirib.

Ülviyyə, Hurriyyet.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.240506