Ayxan Abbasov Polşada media önünə çıxacaq
2025-10-11 20:55:04
DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində keçiriləcək Ukrayna - Azərbaycan oyunu öncəsi baş tutacaq mətbuat konfranslarının vaxtı bəlli olub.
Matç oktyabrın 13-də, Polşanın Krakov şəhərindəki “Krakoviya” stadionunda oynanılacaq.
Ukrayna - Azərbaycan: Açıq məşq və mətbuat konfransı
12 oktyabr
Ukrayna milli komandası
19:30. Mətbuat konfransı
20:00. İlk 15 dəqiqəsi mətbuat üçün açıq məşq
Azərbaycan milli komandası
21:30. Mətbuat konfransı
22:00. İlk 15 dəqiqəsi mətbuat üçün açıq məşq
Qeyd: tədbirlərin başlanma saatı Bakı vaxtı ilə göstərilib. \\Offsideplus.az
