Aysunun keçmiş əri Eşqinin nə səbəbə həbs olunduğu bilindi - YENİLƏNİB/TƏFƏRRÜAT

2023-05-25 11:16:00

Aysunun keçmiş əri Eşqinin nə səbəbə həbs olunduğu bilindi - YENİLƏNİB/TƏFƏRRÜAT

Müğənni Aysun İsmayılovanın keçmiş həyat yoldaşı Eşqin Cəlilov dünən Bakıda gözəllik salonunda xuliqanlıq hərəkətlərinə yol verdiyi üçün saxlanılıb.

Bu barədə BAKU.WS-in "qaynar xətti"nə məlumat daxil olub.

Hadisə Nəsimi rayonu ərazisindəki gözəllik salonunda baş verib. Eşqin Cəlilov inzibati xətalar məcəlləsinim 510-cu (xırda xuliqanlıq) və 157-ci (adam döymə) maddələri ilə təqsirli bilinərək 30 sutka inzibati qaydada həbs edilib.

***10:54

Müğənni Aysun İsmayılovanın keçmiş həyat yoldaşı Eşqin Cəlilov həbs olunub.

BAKU.WS OLAY-a istinadən xəbər verir ki, Cəlilov inzibati xətalar məcəlləsinim 510-cu (xırda xuliqanlıq) və 157-ci (adam döymə) maddələri ilə təqsirli bilinərək 30 sutka inzibati qaydada həbs edilib.

Qeyd edək ki, Aysunla Eşqin ötən ilin avqustunda ilə qurub. Onlar bir müddət əvvəl 8 aylıq evliliklərini sonlandırdığını açıqlayıb.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.226046