Saat:01:41
Haqqımızda

AYNA rəhbəri üçün sonun başlanğıcı

2024-09-24 19:45:38

AYNA rəhbəri üçün sonun başlanğıcı

Bir müddətdir ki, paytaxtın müxtəlif küçə və prospektlərində təmir işləri həyata keçirilir. Bu gün demək olar ki, Bakının hər bir nöqtəsində bu prosesə rast gəlmək olur. Ancaq təəssüfedici məqam ondan ibarətdir ki, küçə və prospektlərdə təmir işlərində əlaqədar qurumlar koordinasiyalı şəkildə işləmirlər. Necə ki, Səbail rayonu, Yeni Salyan yolu 22 ünvanında olduğu kimi.

Sözügedən yolda təmir işləri iyul ayının ortalarında başa çatsa da, lakin aradan keçən 2 aya yaxın müddətdə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) sözügedən ünvanda nəqliyyat vasitələrinin yol hərəkəti qaydalarına uyğun hərəkətini təmin etmək üçün nişanlama, yaxud heç bir xətləmə işləri aparmayıb. Saytımıza daxil olan məlumata görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ötən gün Ağdam rayonuna səfəri zamanı Yeni Salyan yolu 22 ünvanında yol nişanları və yol hərəkəti qaydalarına uyğun xətləmə işlərinin aparılmamasından narahatçılığını ifadə edib. Bunun nəticəsidir ki, AYNA dünən gecə saatlarında sözügedən ünvanda tələm-tələsik xətləmə və nişanlama işləri həyata keçirib.

Saytımıza daxil olan məlumata görə, həm bu, həm də Formula-1 yarışları günlərində AYNA-nın yarıtmaz fəaliyyəti, ictimai nəqliyyatda mövcud olan nizamsızlıq sözügedən nazirliyin rəhbərliyinə qarşı mənfi münasibətin formalaşmasına səbəb olub. Elə bu səbəbdən AYNA rəhbəri Anar Rzayevin yaxın günlərdə vəzifədən azad ediləcəyi bildirilir.\\Newscenter.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.203570