Aylıq xərci 15 000 AZN olan azərbaycanlı müğənni kimdir? - "Bu sənət bahalı sənətdir"
2022-11-14 17:17:00
Müğənni Vəfa Şərifova yeni açıqlaması ilə diqqət çəkib.
Hurriyyet.az musavat.com-a istinadla xəbər verir ki, sənətçi "MTV maqazin"ə müsahibəsi zamanı aylıq xərclərindən danışıb. İfaçı orta hesabla hər ay 15 000 AZN pul xərclədiyini deyib:
"Kliplərimiz, mahnılarımız, geyimlərimiz, salonlarımız... Bizim xərclərimiz çox olur. Kimsə işçiyə 1 manat verirsə, gərək biz iki manat verək. Çünki bizim qazancımızdan xəbərləri var. Bu sənət bahalı sənətdir. Mən deməyim aylıq xərcim 30 000 AZN-dir, ortalama aylıq xərcim 15 000 AZN edir".
Qeyd edək ki, bir müddət əvvəl Xalq artisti Röya Ayxan "Fəlidən doğru xəbər" verilişində aylıq xərcinin 30 000 AZN olduğunu deyib.
Ətraflı videoda: