Saat:01:51
Haqqımızda

Ayın 14-ü olduğu halda Komitə tikintiyə icazəni ayın 19-da necə qeydə alıb?

2024-05-14 14:45:21

Ayın 14-ü olduğu halda Komitə tikintiyə icazəni ayın 19-da necə qeydə alıb?

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tikintisinə icazə verilən 1 mərtəbəli fərdi yaşayış evinin Reyesterdə qeydiyyata alınma tarixini səhv yazıb.

Hurriyyet.az xəbər verir ki, Abşeron rayon İcra Hakimiyyəti vətəndaşa Abşeron rayonun Digah qəsəbəsi ərazisində 1 mərtəbəli fərdi yaşayış evinin tikintisinə icazə verib.

Bu gün – 14.05.2024-cü il tarixi olduğu halda Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tikinti barədə məlumatların Reyesterə daxil edilmə tarixini  19.05.2024-cü il olaraq qeyd edib.



Xatırladaq ki, “Tikintilərin Dövlət reyestrinə daxil edilən məlumatların tərkibi, həmin məlumatların təqdim edilməsi və reyestrin aparılması Qaydaları”nın təsdiq edilməsi haqqında Nazirlər Kabinetinin 12 yanvar 2015-ci il tarixli 4 nömrəli Qərarının 4.2-ci maddəsində yazılır ki, tikintiyə icazə verən orqan (qurum) tikintiyə icazə verdiyi tarixdən 3 iş günü müddətində bu Qaydaların 3.1.1-ci yarımbəndində nəzərdə tutulmuş sənəd və məlumatları Reyestrə təqdim edir. Bu məlumatlar Reyestr kitabında qeydə alınır, 3 (üç) iş günü müddətində elektron bazaya daxil edilməklə, tikinti obyektinə kod verilir.

yeniavaz.com

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.000244