Saat:03:11
Haqqımızda

Aygün Muradxanlıdan Aslan İsmayılova İTTİHAM - "SARAY ÇEVRİLİŞİ HAZIRLAYIRMIŞ BUNLAR???"

2022-11-25 17:44:00

Aygün Muradxanlıdan Aslan İsmayılova İTTİHAM -

"İndi "Aslan İsmayılov"un Ramiz Mehdiyevə yazdığı "sən müxalifətin başına keç, mən sənə dəstək verəcəm" "rədifli" Açıq Məktubu üzərində işləyirik"

"Hələlik son rəsmi adı "Aslan İsmayılov" olan birisi öz tayı olan birisinə açıqlama verib ki, jurnalist Aygün Muradxanlını məhkəməyə məcburi qaydada gətirəcəyik. Məgər məhkəməyə çağırılıb getməmişəm ki, məcburi gətirilmədən söhbət getsin? Əslində "dövlət təminatı" çatmayıb məhkəməyə gəlməyən onun özüdür". Hurriyyet.az xəbər verir ki, bunu Prime Tv-nin rəhbəri Aygün Muradxanlını qeyd edib.

Onun sözlərinə görə, 3 dəfə hazırlıq iclası olsa da, vəkil Aslan İsmayılov 1 dəfə də olsun prosesdə iştirak etməyib: "Biz isə bir dəfə Şahin Nəcəf, bir dəfə isə vəkilimlə prosesdə olmuşuq. Bu arada, 2 vəkilim var. İkisi də adlı-sanlı, işinin peşəkarı, ən əsası da "Aslan İsmayılov"un hansı yuvanın quşu olduğunu bilən şəxslərdir. İndi "Aslan İsmayılov"un Ramiz Mehdiyevə yazdığı "sən müxalifətin başına keç, mən sənə dəstək verəcəm" "rədifli" Açıq Məktubu üzərində işləyirik. İndi yazmayıb ha, Ramiz Mehdiyev vəzifədə olanda yazıb. "Müxalifətə keç" nə deməkdir? Kimə qarşı müxalifətə keçməkdən söhbət gedir? Prezident İlham Əliyevə? Saray çevrilişi hazırlayırmış bunlar???"

Hurriyyet.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR