“Ayda təxminən 5 min manata qədər zəkat toplanırdı" - AQİL BABAYEV

2022-09-06 18:06:00

“Ayda təxminən 5 min manata qədər zəkat toplanırdı

Özünü imam mehdi kimi təqdim etdiyi iddia olunan, 40 nəfərə qarşı dələduzluq etməkdə ittiham olunan Aqil Babayevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Huriyyet.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs ötən həftə ifadə verən zərərçəkmişin ifadəsinə münasibət bildirib.
"Şaurma 1"in həbsdə olan şəriki: "Kim yalan danışırsa, gözü çıxsın, axirətdə cavab versin"
Prokuror Aqil Babayevdən zəkatların necə yığıldığını və aylıq nə qədər məbləğ toplandığını və soruşub.
Aqil Babayev belə cavab verib: "Zəkat burdakı zərərçəkmiş şəxslər tərəfindən yığılaraq ehtiyacı olan şəxslərə paylanırdı. Qonşum Samir Cəfərov isə pulları toplayıb paylamaq üçün bir qadına verirdi. Ayda təxminən 5 min manata qədər zəkat toplanırdı. Mənə sadəcə, hesabatı təqdim edirdilər ki, aylıq nə qədər pul yığılıb".
Jalə FAMİLQIZI


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.072665