"Ayda bir dənə material qoyan sayta biz necə media deyək?!" - MEDİA AGENTLİYİNİN İCRAÇI DİREKTORU

2023-01-12 13:41:00

Media subyektlərinə reyestrə düşmək üçün 20 özəl xəbər tələbi məsələsi çox müzakirə olunur.

Bunu Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov bu gün Agentliyin 2022-ci ilin yekunlarına dair hesabat konfransında deyib.

O qeyd edib ki, 20 xəbər tələbi 20 yeni xəbər demək deyil: “Bizə subyekt müraciət edir və görürük ki, ayda sayta bir dənə material qoyur. Buna biz necə media deyək?! Bu tələb qoyulanda geniş müzakirə aparılmışdı. Hesab edirəm ki, lentinizdə özünüzə aid minimum 20 xəbər olmalıdır. Türkiyədə bu tələb daha yüksəkdir. Təbii ki, dəyişiklik ola bilər. Lakin hələlik, 20 tələb yaxşıdır”./apa


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.145927