Saat:17:12
Haqqımızda

Ayaz Mütəllibovun səhhəti haqda açıqlama: “Görüşləri məhdudlaşdırılıb“

2022-01-20 13:04:00

Ayaz Mütəllibovun səhhəti haqda açıqlama: “Görüşləri məhdudlaşdırılıb“

Bir müddət əvvəl Azərbaycanın sabiq prezidenti Ayaz Mütəllibovun səhhətinin pisləşməsi ilə bağlı məlumatlar yayılmışdı. Hətta dilinin tutulması, nitq qabiliyyətini itirməsi iddia olunurdu.

Yenisabah.az-a açıqlama verən Ayaz Mütəllibovun mətbuat katibi Qulu Həsənzadə məsələyəə aydınlıq gətirib:

“Söz-söhbət haradasa 10 gün bundan qabaq ortaya çıxıb. Bu iddialarla bağlı təkzib verilib və saytların çoxunda bu haqda yazı dərc olunub. Hətta jurnalist Əvəz Zeynallı da bu mövzuda ayrıca danışıb.

Ayaz Mütəllibovun vəziyyəti hazırda normaldır. Böyük bir dəyişiklik yoxdur. Bir balaca təzyiq problemi var idi, o da yaşıyla əlaqəlidir.

Eks-prezident pandemiya ilə əlaqədar görüşlərini məhdudlaşdırıb. Sırf ailə üzvləriylə ünsiyyətdədir. Mən özüylə hər gün əlaqə saxlayıram. Hər şey yaxşıdır, narahatçılıq üçün əsasa yoxdur”.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR