Saat:17:45
Haqqımızda

"Axundzadə olmasaydı Rəsulzadə, Rəsulzadə olmasaydı biz olmazdıq" - XAQANİ CƏFƏRLİ

2024-01-31 11:40:58

"Raşizmin Məhəmməd Əmin Rəsulzadəyə qarşı nifrətinin kökündə dayanan səbəb də budur"

"Azərbaycan xalqının vahid etnos və çağdaş toplum kimi formalaşmasında müstəsna xidmətləri olan Mirzə Fətəli Axundzadə və Məhəmməd Əmin Rəsulzadə haqqında yazmağa çalışıram. Dəfələrlə yazmağa çalışmışam. Hər dəfə də yazıb qurtarandan sonra yazdıqlarımın onlara layiq olmadığını düşünərək həmin yazıları noutbukun yaddaşından silmişəm. Ancaq yaxın vaxtlarda hökmən yazacağam". Hurriyyet.az xəbər verir ki, bunu politoloq Xaqani Cəfərli qeyd edib. 

Politoloqun sözlərinə görə, Azərbaycan xalqının fikir tarixində Mirzə Fətəli Axundzadə olmasaydı xalqımızın çağdaş toplum kimi formalaşma prosesi başlamayacaqdı: "Məhəmməd Əmin Rəsulzadə olmasaydı çağdaş toplum kimi formalaşma prosesi başa çatmayacaqdı. Vahid etnosa çevrilməsəydik dövlət, çağdaş xalqa çevilməsəydik İslam dünyasında ilk çağdaş cümhuriyyəti qura bilməzdik. Çağdaş cümhuriyyəti qura bilməsək bu çoğrafiyada vətən sahibi ola bilməzdik. Bizi var edən çağdaş mədəniyyəti təmsil etməyimizdir. Odur ki, Mirzə Fətəli Axundzadə olmasaydı Məhəmməd Əmin Rəsulzadə olmazdı. Məhəmməd Əmin Rəsulzadə olmasaydı biz olmazdıq".

Xaqani Cəfərli hesab edir ki, raşizmin Məhəmməd Əmin Rəsulzadəyə qarşı nifrətinin kökündə dayanan səbəb də budur.

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.201788