Axşam saatlarında DƏHŞƏTLİ XƏBƏR: Ölən var (VİDEO)
2023-11-13 21:11:43
.jpg)
Bərdədə yük maşını minik maşını ilə toqquşub.
Hadisə rayonun Yenidaşkənd kəndində baş verib.
Belə ki, Bərdə rayon Hacılı kənd sakini, 1986-cı il təvəllüdlü Məhərrəmov Elməddin Məhəmməd oğlu Bərdə rayon Yenidaşkənd kəndi ərazisində idarə etdiyi 09-BB-293 dövlət qeydiyyat nömrə nişanlı "VAZ-2106" markalı minik avtomobili ilə hərəkətdə olarkən "KamAZ" markalı yük maşını ilə toqquşub.
Hadisə zamanı minik avtomobilinin sürücüsü E.Məhərrəmov hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır."Unikal"
