Axı onlar uşaq deyillər… - İngiltərə miqrantların yaşını rentgenin köməyilə müəyyənləşdirəcək

2021-09-14 14:41:00

Axı onlar uşaq deyillər… - İngiltərə miqrantların yaşını rentgenin köməyilə müəyyənləşdirəcək

Birləşmiş Krallığın Daxili İşlər Nazirliyi ölkəyə daxil olan qanunsuz mühacirlərin yaşını təsdiqləmək üçün rentgen şüasının köməyindən istifadə etmək fikrini dəstəkləyib

Hurriyyet.az İngiltərənin “Daily Mail qəzetinə istinadla xəbər verir kiBritaniya departamenti tərəfindən aparılan araşdırma yetkinlik yaşına çatmadığını iddia edən qaçqınların ən azı 54% -ninLondon metrosunda terror aktı təşkil edən İraqlı Əhməd Həsən də daxil olmaqla, 18 yaşdan yuxarı olduğunu üzə çıxarıb.

Britaniya sərhəd qoşunları La-Manş kanalı vasitəsilə ölkəyə qayıqla gələn miqrantların yaşını təsdiqləmək üçün tibbi müayinələrdən istifadə etmək niyyətindədir. Bunu “Daily Mail”in əlində olan Daxili İşlər Nazirliyinin müvafiq sənədi də sübut edir.

Bu təşəbbüsə qaçqınların 18 yaşdan aşağı olduqları barədə yalan danışmaları ilə bağlı yaşanan bir sıra qalmaqallar səbəb olub. Qəzet qeyd edir ki, 2018-ci ildə onlardan biri yerli hakimiyyət orqanları onun söylədiyi yaşdan xeyli böyük olduğunu müəyyənləşdirməzdən əvvəl İpsviçdəki məktəbin yuxarı sinfində altı həftə oxumuşdu.

Daxili İşlər Nazirliyinin sənədinə görə, İngiltərə sığınacaq axtaranların yaşını yoxlamaq üçün elmi üsullardan istifadə etməyən tək-tük ölkələrdən biridir. Hazırda sosial işçilər uşaq olduqlarını iddia edən qaçqınların davranış və danışıqlarını öyrənərək həqiqəti söyləyib-söylədiklərini qiymətləndirirlər. Ancaq dişlərin və biləklərin rentgen şəkli gənclərin yaşı haqqında daha dəqiq məlumat verə bilər.

Britaniya hökuməti miqrantların qəbulu üçün bir neçə yerdə oxşar yoxlamaların aparılması həvalə ediləcək özəl şirkət axtarır. İlkin olaraq ildə təxminən 1000 qiymətləndirmə aparmaq niyyətindədirlər, lakin bu rəqəmin nəzərəçarpacaq dərəcədə dəyişəcəyi ehtimal olunur.

Bildiyimizə görə, rentgen şüalarından istifadə belə məqsədlər üçün ən çox yayılmış formadır. Ancaq effektiv və yararlı olduğu sübut ediləcəyi təqdirdə digər metodları da istisna etmirik”, - deyə Böyük Britaniya Daxili İşlər Nazirliyinin sənədində bildirilir.

Nazirliyin apardığı araşdırma uşaq olduğunu iddia edən miqrantların 54% -nin 18 yaşından yuxarı olduğunu ortaya çıxarıb. Məsələn, 2017-ci ildə London metrosuna bomba qoyaraq 23 adamın ölümünə səbəbkar olan iraqlı qaçqın Əhməd Həsən 16 yaşı olduğunu demişdi...

Uşaq olduqlarını iddia edən yetkin miqrantlar uzun müddətdir sərhəddə problemə çevriliblər, çünki sığınacaq üçün müraciət edənlərin sözləri inanırlar. Yaşını təyin etmək üçün elmi üsullardan istifadə etməyən tək-tük Avropa ölkələrindən biriyik, - deyən Britaniyanın Migration Watch araşdırma mərkəzinin sədri Alp Mehmet daha sonra bildirib: “Bu, qaçaqmalçıların  məmnuniyyətlə istifadə etdikləri müdafiə sistemimizdə ciddi pozuntu idi. Vəziyyətin dəyişməsi sevindirici hadisə olacaq.

Ancaq “Daily Mail”in yazdığına görə, yoxlamaların insan haqları təşkilatlarını qəzəbləndirəcəyi istisna olunmur. 2018-ci ildə alman həkimlər miqrantların rentgen müayinəsiə məruz qalması ilə bağlı təklifləri “qeyri-etik” və “etibarsız” adlandıraraq tənqid etmişdilər.

Bu arada yanvar ayından etibarən La-Manş kanalını 14 mindən çox miqrant keçib, keçən il ərzində isə bu göstərici 8,5 minə yaxın idi. Bir neçə qadın və uşaq da daxil olmaqla, ümumilikdə 126 qaçqın İngiltərəyə çatmaq üçün uğursuz cəhdlərindən sonra fransızlar tərəfindən Duvr boğazında xilas edilib.

Daxili işlər naziri Priti Patel əvvəlki ödənişin qeyri-qanuni axını dayandırmamasına baxmayaraq, problemi həll etmək üçün Fransaya 54,2 milyon pul ödəyəcəyini vəd edib. Bundan əlavə, İngiltərə daxili işlər naziri köhnə sərhəd patrul qayıqlarını yeniləmək üçün 200 milyon funt-sterlinq xərcləməyi planlaşdırır.

Sərhəd xidməti gələn il Fransa sularında fəaliyyət göstərmək üçün yeni səlahiyyətlər alacaq. Bununla paralel olaraq, sərhəd xidməti işçilərinə “müqavimət göstərmək” taktikası, başqa sözlə, miqrantlar olan qayıqları necə düzgün istiqamətləndirmək öyrədiləcək.

Təhlükəli və lazımsız kiçik qayıq keçidlərinin sayında qəbuledilməz artım müşahidə edirik. Bu səbəbdən də bu göstəricini azaltmaq üçün bütün mövcud variantları götür-qoy edirik”, - deyə Böyük Britaniya Daxili İşlər Nazirliyi məsələyə aydınlıq gətirib.