Saat:14:42
Haqqımızda

AXI... - Şeir

2023-10-30 12:40:42

AXI... - Şeir

Dərin qazıb quyumuzu,
Satırıq neft, qazımızı,
Bəsləyirik azımızı,
Çoxumuza çatmır axı,

Tanıyırıq hər cikini,
Ad olub millət vəkili,
Bir kərə millət yükünü,
Daşımayır, dartmır axı.

Bu nə dərddir,bu nə illət, 
Talanır, dağılır sərvət,
Cin tək bizə girən rüşvət,
Nə desək də çıxmır axı.

ŞAMİL

28.10.2023

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.573134