Saat:05:48
Haqqımızda

“Avtoş Dönər”in fəaliyyəti məhdudlaşdırıldı – AQTA

2024-07-09 23:21:46

“Avtoş Dönər”in fəaliyyəti məhdudlaşdırıldı – AQTA

“Qida Təhlükəsizliyi Agentliyinin istehlak bazarına nəzarət məqsədilə dönərxanalarda keçirdiyi monitorinqlər zamanı Bakı şəhəri, Nəsimi rayonu, L.Tolstoy və Bülbül küçələrinin kəsişməsində yerləşən, fiziki şəxs Məmmədov Bəhlul Sərvər oğluna məxsus “Avtoş Dönər” iaşə obyektində bir sıra nöqsanlar müəyyən olunub”.
Hurriyyet.Az xəbər verir ki, bu barədə AQTA-nın yaydığı məlumatda deyilir.
Bildirilir ki, yoxlama zamanı qida obyektinin qida təhlükəsizliyi qeydiyyatına alınmadan fəaliyyət göstərdiyi, həmçinin normativ tələblərin pozulduğu məlum olub:
“Müayinələrin aparılması məqsədilə müvafiq nümunələr götürülərək Qida Təhlükəsizliyi İnstitutunun laboratoriyasına təqdim olunub.
Sınaq protokoluna əsasən, monitorinq zamanı götürülmüş bişmiş mal əti dönərində bağırsaq çöpü bakteriyası (E.Coli) aşkarlanıb.
Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib olunub, iaşə obyektinin fəaliyyəti məhdudlaşdırılıb”.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.288447