Avtomobillər toqquşdu - Ölən və yaralananlar var
2022-12-14 00:16:00

Masallıda minik avtomobillərinin toqquşması nəticəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.
Bu barədə Hurriyyet.Az-a DİN-nin Mətbuat xidmətindən bildirilib.
Belə ki, dekabrın 13-də saat 18 radələrində rayonun Banbaşı kəndi ərazisində rayon sakinləri Yadigar Cəlilovun idarə etdiyi “VAZ 21011” markalı və Q.Məmmədlinin idarə etdiyi "Mercedes" markalı avtomobillər toqquşub.
Nəticədə Y.Cəlilov hadisə yerində ölüb, “VAZ 21011” markalı avtomobildə olan sərnişinlər F.Süleymanov, Y.Abuşov və daha 2 nəfər yeniyetmə isə müxtəlif bədən xəsarətləri alaraq Masallı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Faktla bağlı Masallı RPŞ-də araşdırma aparılır.
Ada Studiya
Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya