Saat:20:54
Haqqımızda

Avtomobilini ustadan götürən müştəri gözlərinə inanmadı - POLİS İŞİ NİYƏ ARAŞDIRMIR?

2022-08-17 15:34:00

Avtomobilini ustadan götürən müştəri gözlərinə inanmadı - POLİS İŞİ NİYƏ ARAŞDIRMIR?

Qazax rayonu Qarapapaq kənd sakini Etibar Məmməd oğlu Həsənov "Hürriyyət"ə müraciət edərək, şikayətini dilə gətirib. O təmirə verdiyi avtomobilini geri götürmək istəyəndə, tam yeni olan hissələrin dəyişdirildiyini görür. Şikayət etsə də bunun "ağ yalan" olduğunu bildirirlər. Əlacsız qalan Etibar Həsənov "102"yə məlumat verir. Polisə ümid bəsləyən şikayətçi təəssüf ki, əks mövqe ilə qaşılaşır. Polis işə baxmamaqla yanaşı, hətta Etibar Həsənovu "şər-böhtançı" adlandırır. Bu yerdə ataların ibrətamiz kəlamı yada düşür: Oğru elə bağırdı, doğrunun bağrı yarıldı.

Beləliklə, şikayətçi başına gələnləri təfərrüatı ilə "Hürriyyət"ə danışdı: "Təxminən, 6 gün əvvəl "Mercedes" markalı maşımı Binəqədi rayonunda yerləşən qarajların birinə təmirə vermişdim. Təmir bitəndən sonra çağırdılar. Maşını götürməyə getdim. Məlum oldu ki, maşının bahalı təkərini, radiatoru, dinamo zaryatqası və akkumlyatorunu dəyişiblər. Onda anladım ki, bu bir fırıldaqdır. Lakin şikayətim cavabsız qaldı, problem həll olunmadı. Odur ki, "102" zəng xidməti ilə əlaqə saxladım. Polisdən kömək gözləsəm də, əksi oldu. Mənə dedilər ki, başımıza niyə iş açırsan, niyə camaatı şərləyirsən? Mənə sübutumun olmadığını və ustalara şər-böhtan atdığımı bildirdilər. Yaşlı adamın vasitəsilə mənə 650 manat verdilər, bəs mənə dəyən 2000 manat ziyan necə olacaq? Deyirlər ki, 650 manatla söhbəti bağlayım, bir daha açmayım. Polislər mənimlə kobud davranır, hətta təhqir etməyə çalışırlar. Sanki oğru mənəm. Özümü çox pis hiss etdim. Bu dərəcədə haqsızlıq olar?"

Şikayətçi əlavə edib ki, Binqədi Rayon Polis İdarəsinin 5-ci polis bölməsi işə baxmır və hələ də ona dəymiş ziyan ödənilməyib. Onu da qeyd edək ki, Etibar Həsənov acığa düşərək, maşınını dəyər-dəyməzə satıb.

PS. Məsələylə bağlı qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq. Ehtimal edirik ki, bu halı törətmiş maşın ustasının qurbanları təkcə Etibar Həsənov deyil. Hər halda baş vermiş xoşagəlməz hadisə dələduzluq, müştəri hüquqlarının pozulmasıdır. Polisin şikayəti araşdırmaması isə təəssüfləndirici haldır. Ümid edirik ki, Daxili İşlər Nazirliyi məsələni ədalətli şəkildə həll edəcək və vətəndaşa dəymiş ziyan ödəniləcək. Eyni zamanda, dələduzluq edən şəxslər məsuliyyətə cəlb ediləcək.

Jalə FAMİLQIZI,

Hurriyyet.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR