Avtomobilin yük yerində qaz balonu partladı - 2 yaralı var - Fotolar
2025-05-26 10:25:37
.jpg)
Yevlaxda minik maşınının yanması nəticəsində 2 nəfər xəsarət alıb.
Hurriyyet.az xəbər verir ki, hadisə keçmiş yun zavodu binası yaxınlığında baş verib.
Belə ki, “Mitsubishi” markalı avtomobilin yük yerinə yığılan qaz balonunda baş verən yanğın partlayışa səbəb olub.
Nəticədə avtomobildə olan 2 nəfər xəsarət alıb, avtomobil isə yararsız vəziyyətə düşüb. Yanıq xəsarətləri alanlar xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
qafqazinfo.az
