Avtomobildə yatan gənc oğlan faciəvi şəkildə öldü - Foto

2023-01-07 10:25:00

Avtomobildə yatan gənc oğlan faciəvi şəkildə öldü - Foto

Bakıda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

Hurriyyet.az xəbər verir ki, dünən Suraxanı rayon Hövsan qəsəbəsində yerləşən avtoyuma məntəqəsində işləyən Rzayev Qalib Qənimət oğlu dəm qazından zəhərlənərək vəfat edib.

Belə ki, avtoyuma məntəqəsindəki avtomobilin salon peçini işə salaraq yuxuya gedən gənc oğlan dəm qazının içəri dolması səbəbindən zəhərlənib. O, hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

qafqazinfo.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.235688