Avstraliyada ticarət mərkəzində bıçaqlı hücum - 6 ölü
2024-04-13 12:19:29

Avstraliyanın Sidney şəhərində ticarət mərkəzində bıçaqlı şəxs ətrafdakılara hücum edib.
Hurriyyet.az xəbər verir ki, sözügedən şəxs 6 nəfəri bıçaqlayıb.
Bıçaqlanan 6 nəfər həyatını itirib.
Hadisəni törədən şəxs polis tərəfindən zərərsizləşdirilib.
Qeyd edək ki, baş vermiş hadisənin terror aktı olub-olmaması ilə bağlı rəsmi açıqlama verilməyib.
qafqazinfo.az
