Avroparlamentin Azərbaycana qarşı insan hüquqlarından dəm vuran qərəzli qətnaməsinə təəccübləndikmi-QƏTİYYƏN

2023-01-20 14:42:00

Avroparlamentin Azərbaycana qarşı insan hüquqlarından dəm vuran qərəzli qətnaməsinə təəccübləndikmi-QƏTİYYƏN

Məlum olduğu kimi, cümə axşamı Avroparlament Dağlıq Qarabağda insan hüquqlarına hörmətlə bağlı qətnamə qəbul edib və qətnamə "Dağlıq Qarabağdakı blokadanın humanitar nəticələri" başlığı ilə qəbul olunub. Ədalət naminə deməliyik ki, Aİ-nin indiyə qədər Azərbaycanın torpaq bütünlüyünə, suverenliyinə sərgilədiyi mövqeyi diqqətə alaraq qətnamədə izhar olunandan fərqli yanaşma gözləmək sadəlövhlük olardı. Və Aİ yenə də bizi təəccübləndirmədi. Həm də Aİ məkanının Rusiya qazından qurtulmasında Azərbaycanın nəhəng səylərinə baxmayaraq.
"Parlament Dağlıq Qarabağda Laçın dəhlizinin hazırda özünü Azərbaycandan olan ekoloq adlandıran şəxslər tərəfindən blokadaya alınmasının yaratdığı ağır humanitar böhrandan təəssüflənir. Dəhliz müharibədən əziyyət çəkən bölgəni Ermənistan və xarici dünya ilə birləşdirən yeganə yol olduğundan, Avropa Parlamenti deputatları hərəkət azadlığını təmin etmək və ən həssas təbəqələr üçün zəruri mal və xidmətlərə çıxışı təmin etmək üçün Azərbaycanı dərhal onu yenidən açmağa çağırır", deyə Azərbaycana qərəzli çağırış ünvanlanıb.
Qətnamədə Ermənistan və Azərbaycan arasında Dağlıq Qarabağın erməni əhalisinin hüquqlarını və təhlükəsizliyini təmin edən hərtərəfli sülh sazişinin imzalanmasının zəruriliyi vurğulanır. O, lazımi humanitar yardımın göstərilməsi üçün beynəlxalq təşkilatlara əraziyə giriş icazəsinin verilməsini, habelə BMT və ya ATƏT-in faktaraşdırıcı missiyasının yerdə humanitar vəziyyəti qiymətləndirmək üçün Laçın dəhlizinə getməsinə çağırır.
Bundan əlavə, Avropa Parlamentinin üzvləri ərazidə olan Rusiya “sülhməramlılarının” hərəkətsizliyini pisləyir və hesab edirlər ki, onların ATƏT-in beynəlxalq sülhməramlıları ilə əvəzlənməsi lazımdır. Onlar həmçinin Aİ-ni Dağlıq Qarabağ sakinlərinin artıq Bakının fəallığının, Rusiyanın dağıdıcı rolunun və ya Minsk qrupunun fəaliyyətsizliyinin girovluğunda qalmamasını təmin etməyə təşviq edirlər.
Əlbəttə, qətnamədəki qərəz ilk olaraq "özünü Azərbaycandan olan ekoloq adlandıran şəxslər" ifadəsindən özünü biruzə verir. Belə "gəlişigözəl" ifadə ilə nə haqq-ədalətdən, nə tərəfsiz mövqedən dəm vurmaq olmaz. Bundan başqa, "Dağlıq Qarabağın erməni əhalisinin hüquqlarını və təhlükəsizliyi" ifadələri də yetərli qədər haqsız, ikiüzlu yanaşmadan, ikili standartların əsas rol oynadığı fitnə-fəsad yuvası diplomatik mühitdən xəbər verir. Aİ-nin təbirincə desək, "Dağlıq Qarabağın erməni əhalisinin hüquqlarını və təhlükəsizliyi" ifadəsində diqqət edilməli məqamlar ən birincisi bölgənin Azərbaycana məxsus olmasına baxmayaraq orada bir nəfər azərbaycanlı olmamasıdır ki, əgər etnik baxımdan qeyri-erməni Azərbaycan vətəndaşı da bölgədə olsaydı onların da hüquqları və təhlükəsizliyi müzakirə mövzusu olardı. Amma nədənsə etnik baxımdan bir nəfər də qeyri-erməni əhalinin Dağlıq Qarabağda yaşamasının təmin edilməsindən yox, "Dağlıq Qarabağın erməni əhalisinin hüquqlarını və təhlükəsizliyi"ndən söhbət açılır, diqqət buna yönəldilir. Buna da deyilməlidir-nankorluqdan qaynaqlanan, diqtə etdiyi insan hüquqlarını gözrməməzliyə vuraraq bu hüquqları haqsız istismarçı maraqlarına qurban verən Aİ-nin ikili-ikiüzlü standartları...

Ülviyyə, Hurriyyet.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.487880