Saat:10:02
Haqqımızda

"Avropanın gələcəyi İstanbul danışıqlarından asılıdır"

2025-05-16 14:43:56

Hurriyyet.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Finlandiyanın Baş naziri Petteri Orpo Avropanın gələcəyinin hazırda İstanbulda keçirilən Rusiya-Ukrayna danışıqlarından asılı olduğunu söyləyib.
Avropa Siyasi Birliyinin Albaniyanın paytaxtı Tirana şəhərində keçirilən altıncı sammitində iştirak edən Orpo jurnalistlərə açıqlamasında qeyd edib ki, görüş müvəffəqiyyətlə nəticələnməsə, Aİ Rusiyaya təzyiqi artırmalıdır.
Orpo deyib: "Bu gün Avropanın burada toplaşması çox gözəldir. Bununla yanaşı, hazırda İstanbulda Avropanın gələcəyi üçün mühüm olan danışıqlar prosesi irəliləyir".
Baş nazir qeyd edib ki, Avropa İttifaqı ölkələri İstanbul danışıqları fonunda öz Tiranadakı görüşləri ilə "Avropanın Ukraynanı dəstəkləməyə davam etdiyi" siqnalını verməlidirlər.  Orponun fikrincə Moskva ilə Kiyev ilk növbədə atəkəs razılığı əldə eləməli, ardından sülh danışıqlarına keçməlidirlər. Bunun da nəticəsi Şərqi Avropada "daimi və möhkəm sülh" olmalıdır.
Finlandiya hökumətinin başçısı deyib ki, danışıqlar uğursuz olarsa, Aİ Rusiyaya təzyiqini gücləndirməli, həmçinin, Moskvaya qarşı əlavə sanksiya məhdudiyyətləri tətbiq etməlidir. Onun fikrincə, bu məsələdə Avropa öz səylərini ABŞ ilə uzlaşdırmalıdır.
Hürr Tərcüman

 

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.161381